"AzerGold" QSC haqqında

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

“AzerGold" QSC-nin yeni layihəsi "AzerGold Gift" hədiyyəlik qızıl almaq istəyənlər üçün xüsusi dizaynlı qızıl sikkələr və külçələr təklif edir. Üzərinə işlənmiş milli ornamentli qızıl və gümüş sikkələr keçmişlə gələcəyin vəhdəti olmaqla onlara verilən dəyəri ifadə edir. Öz yaxınlarınıza günü-gündən dəyər qazanan qızıl hədiyyə edə bilərsiniz. Artıq “Ən yaxşı hədiyyə nədir?”, sualına cavabımız "AzerGold Gift"dir.

Qızıl və gümüş hədiyyələr arasından yaxınlarınıza ən yaxşı doğum günü hədiyyəsi və ya digər özəl günlər üçün dəyərli hədiyyə seçə bilərsiniz.Bununla yanaşı, qızıla investisiya etmək, xüsusilə də qızıl külçə almaq qızıla olan ən güvənli yatırım hesab olunur. Qızıl külçə ilə edilən yatırım qızılın qiymətinin dəyişmə faktoruna əsasən qızıl zinət əşyaları ilə edilən yatırımdan daha gəlirli və etibarlıdır. Qızılın qiymətinin artması ilə yatırımınız daha da dəyərlənir.

Xidmətlərimizin sizə daha əlçatan olması üçün isə saytımızda “sifariş et” funksiyası aktivdir. Sayt vasitəsi ilə istədiyiniz məhsulu seçə və onlayn sifariş edə bilərsiniz.